AZ

Qətər ordusunun helikopteri qəzaya uğrayıb

Qətər Silahlı Qüvvələrinə məxsus helikopter texniki nasazlıq səbəbindən əmirliyin sahilləri yaxınlığında dənizə düşüb.

Azreform.info xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.

"Hərbi helikopter gündəlik tapşırığı yerinə yetirərkən qəzaya uğrayıb və Qətərin ərazi sularına düşüb. Qəzanın səbəbi texniki nasazlıq olub", - deyə əmirliyin müdafiə idarəsinin məlumatında bildirilir.

Hərbçilər əlavə ediblər ki, helikopterin ekipaj üzvlərinin və sərnişinlərinin axtarışı aparılır.

Seçilən
10
2
azreform.info

3Mənbələr