AZ

Xəstəxanaya PUA hücumu: 64 ölü, 89 yaralı var

Ötən gün Sudanın Şərqi Dafur əyalətində yerləşən xəstəxanaların birinə pilotsuz uçuş aparatı (PUA) ilə zərbələr endirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində azı 64 nəfər həlak olub, 89 nəfər isə yaralanıb.

Qeyd olunub ki, həlak olanların arasında tibb işçiləri də var.

Milli.Az

Seçilən
83
6
milli.az

10Mənbələr