İranın Beynəlxalq Dəniz Təşkilatındakı (BDT) daimi nümayəndəsi Əli Musəvi bildirib ki, Hörmüz boğazı ABŞ və İsraildən (onların müttəfiqləri də daxil – red.) başqa hamı üçün açıqdır.Metbuat.az xəbər verir ki, bu barədə Ə. Musəviyə istinadən "Khabar Fouri" məlumat yayıb. "Hörmüz boğazından gəmilərin keçidi təhlükəsizlik və mühafizə tədbirlərinin koordinasiyası ilə mümkündür", - Musəvi deyib. O, əlavə edib ki, beynəlxalq öhdəliklər İranın ərazi bütövlüyü və hüquqlarına hörmətlə müşayiət olunmalıdır.Onun sözlərinə görə, Hörmüz boğazında gəmilərin və heyətlərin təhlükəsizliyi İran rəsmiləri ilə koordinasiyalı həyata keçirilməlidir:"İran dəniz təhlükəsizliyinin artırılması, dənizçilərin qorunması üçün BDT və üzv ölkələrlə əməkdaşlığa hazırdır. Diplomatiya İranın prioriteti olaraq qalır, lakin hücumların tamamilə dayandırılması və qarşılıqlı etimad daha zəruridir".