Gürcüstanın paytaxtı Tiflisdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə bu gün yekun vurulacaq.


Rekord.az xəbər verir ki, Azərbaycanın daha üç cüdoçusu yarışın son günündə mübarizəyə qoşulacaq.


Camal Qamzatxanov (+100 kq) 1/8 finalda Saba Kardava (Gürcüstan) – Losseni Kone (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.


Eyni çəki və mərhələdə çıxış edən Kənan Nəsibov isə Yelaman Yerqaliyev (Qazaxıstan) – Gela Zaalişvili (Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.


Qadınların yarışında (+78 kq) Madina Kaisinova da mübarizəyə 1/8 finaldan başlayacaq. O, Erika Simonetti (İtaliya) ilə qarşılaşacaq.


Azərbaycan təmsilçilərinin hesabında 1 gümüş, 1 bürünc medal var. Daha əvvəl Turan Bayramov (60 kq) ikinci, Hidayət Heydərov (73 kq) üçüncü yeri tutub.