AZ

Türkiyədən Misirə elektrik avadanlıqları ixracı 55 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Misirə elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz artaraq, 55 milyon 245 min 91 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Misirə elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 27,9 faiz azalaraq, 17 milyon 758 min 88 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq, 1 milyard 412 milyon 649 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz artaraq, 2 milyard 754 milyon 75 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 17 milyard 967 milyon 83 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Seçilən
78
49
turkic.world

10Mənbələr