AZ

SEPAH-dan Trampın son təhdidinə - Cavab » AzadMedia.az


İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın İranın elektrik stansiyalarını vuracağı ilə bağlı təhdidinə cavab verib.

Bununla bağlı SEPAH yazılı açıqlama yayıb.

“İranın yanacaq və enerji infrastrukturuna düşmən tərəfindən hücum baş verərsə, bölgədə ABŞ və sionist rejimə məxsus bütün enerji, informasiya texnologiyaları və şirin su təmizləmə infrastrukturları hədəf alınacaqdır”, - açıqlamada deyilir.

Xatırladaq ki, Tramp İranın 48 saat ərzində Hörmüz boğazını açmaması halında, bu ölkənin elektrik stansiyalarına zərbə endirəcəklərini bildirmişdi.
Seçilən
54
50
azadmedia.az

10Mənbələr