AZ

ABŞ İrana qarşı quru əməliyyatından niyə çəkinir?

Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Az qala bir aya yaxındır ki, davam edən Amerika-İran qarşıdurmasında hələlik qalib tərəf müəyyən edilməyib. Düzdür, Amerika-İsrail ittifaqı İrana güclü zərbələr endirib, onun yüksək rütbəli rəsmilərini məhv etsə də, ancaq hələlik Tehran məğlub olmağa meyilli görünmür. İran ətrafında cərəyan edən prosesləri şərh edən politoloq Arzuman Muradlı Newscenter.az-a deyib ki, bu qarşıdurma təkcə iki ölkə arasında deyil, bütövlükdə Yaxın Şərqdə güc balansını müəyyən edən əsas faktorlardan biridir. Onun sözlərinə görə, müharibənin bu qədər davam etməsi və məğlub tərəfin müəyyən olunmaması bir neçə amillə bağlıdır:"ABŞ-a gəlincə, bu ölkə dünyanın ən böyük hərbi büdcəsinə malikdir, qlobal hərbi bazalar şəbəkəsi var. Amerika İrandan fərqli olaraq hava və dəniz üstünlüyünə, yüksək texnologiyalı silah sistemlərinə malidkir. İranın da öz növbəsində güclü raket proqram, asimmetrik müharibə təcrübəsi var ki, bu da hələlik Tehranın dirəniş nümayiş etdirməsini şərtləndirir. Ancaq bütün halda, Birləşmiş Ştatlar klassik müharibədə üstün görünür. İran isə qeyri-ənənəvi taktika ilə bu fərqi azalda bilir".Arzuman Muradlı onu da deyib ki, ABŞ İrana qarşı quru əməliyyatına başlamadığı təqdirdə Tehranla bağlı istədiyinə nail ola bilməyəcək:"Quru əməliyyatlarından isə Amerika ehtiyat edir. Çünki quru əməliyyatları ABŞ üçün çoxsaylı insan itkisi ola bilər".Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
1
newscenter.az

2Mənbələr