AZ

Hinduşka ətinin zərərli ola biləcəyi bişirmə üsulları açıqlandı

Hinduşka əti ən sağlam pəhriz qidalarından biri hesab olunsa da, onun bişirilmə üsulu bu faydaları azalda və hətta zərərli edə bilər.

E-saglam.az xəbər verir ki, diyetoloq Veronika Qusakovanın sözlərinə görə, xüsusilə yüksək temperaturda qızartma zamanı risk artır.

Mütəxəssis bildirir ki, ətin tünd və xırtıldayan qabıq yaranana qədər qızardılması zərərli kimyəvi birləşmələrin əmələ gəlməsinə səbəb olur. Bu proses kanserogen maddələrin yaranmasına gətirib çıxarır.

Bundan əlavə, yüksək temperaturda bişirmə zamanı qlikasiya son məhsulları formalaşır. Bu maddələr orqanizmdə qocalma prosesini sürətləndirə və damar iltihabını artıra bilər.

Diyetoloq qeyd edir ki, hinduşka ətinin tüstülənmiş formada istifadəsi də sağlamlıq üçün uyğun deyil. Tüstü, artıq duz və potensial zərərli maddələr bu ətin faydasını demək olar ki, aradan qaldırır.

Mütəxəssis daha təhlükəsiz alternativ kimi qaynatma, sobada bişirmə və ya yandırılmış qabıq əmələ gəlmədən hazırlanma üsullarını tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
67
e-saglam.az

1Mənbələr