“Liverpul”un futbolçusu Məhəmməd Salah zədələnib.
QOL.az xəbər verir ki, misirli hücumçu Çempionlar Liqasının 1/8 final mərhələsinin “Qalatasaray”la oyununda xəsarət alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Salah azı iki həftə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, 33 yaşlı hücumçu bu mövsüm 34 oyunda 10 qol vurub.