AZ

“Ərəb ölkələri onlara hücum edən İrana son xəbərdarlıq göndərib” - Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan ərəb ölkələrinin İrana “son xəbərdarlıq” etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Fidan qeyd edib ki, Fars körfəzi ölkələri ABŞ və İsrailin İran ərazilərinə endirdiyi zərbələrdən sonra Tehranın niyə onların ərazisini hədəf aldığını sual edib.

Nazir vurğulayıb ki, bu ölkələr münaqişə ilə heç bir əlaqələrinin olmadığını bildirirlər və hücumların davam edəcəyi təqdirdə cavab tədbirləri görmək məcburiyyətində qalacaqlar.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
93
redaktor.az

1Mənbələr