ABŞ Nümayəndələr Palatasında demokrat azlığın lideri Hakim Ceffris ölkədə siyasi rejimin dəyişdirilməsinə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
"Bizə Amerikada rejim dəyişikliyi lazımdır", - deyə o bəyan edib.
Ceffrisin sözlərinə görə, Yaxın Şərqdəki münaqişə səbəbindən ABŞ daha az təhlükəsiz ölkəyə çevrilib, milyardlarla dollar boşa xərclənir, benzinin qiyməti isə artıb.