AZ

İmmuniteti necə gücləndirmək olar?

Sstresslə mübarizə, bədənin möhkəmləndirilməsi prosedurları və vegetativ sinir sisteminin fəaliyyətinin normallaşdırılması immunitetin güclənməsinə kömək edir.

Publika.az xəbər verir ki, bunu tibb elmləri doktoru, professor Andrey Şabaldin "RİA Novosti" ilə söhbətində bildirib.

Professor izah edib ki, ilk növbədə stresslə mübarizə aparmaq lazımdır və bu məsələdə psixoloq və psixoterapevtlərin köməyinə müraciət etmək olar və vacibdir. O qeyd edib ki, əksər hallarda immunitetdən daha çox vegetativ sinir sistemini gücləndirmək lazımdır və bunu düzgün qidalanma vasitəsilə etmək mümkündür.

Şabaldin qeyd edib ki, gündə beş-altı dəfə qida qəbul etmək tövsiyə olunur; bu zaman rasion zülal, yağ, karbohidrat, vitamin və minerallar baxımından balanslaşdırılmalı, həmçinin tərkibində qızardılmış, hisə verilmiş, duzlu məhsullar və qazlı içkilər kimi qıcıqlandırıcılar, eləcə də boyaq maddələri, stabilizatorlar və konservantlar kimi çirkləndiricilər çox olmamalıdır.

Mütəxəssis həmçinin bədəni möhkəmləndirən prosedurları yerinə yetirməyi, xüsusən də növbə ilə isti və soyuq suda gəzməyi, bədənə qaynar, ilıq və soyuq su tökməyi, habelə ilin istənilən fəslində pəncərə açıq halda yatmağı tövsiyə edib. Həkim vurğulayıb ki, bütün bu üsullar yaxşı məlumdur, lakin insanlar "sehrli" həb gözləməyə üstünlük verərək onlardan praktikada nadir hallarda istifadə edirlər.

Seçilən
101
47
publika.az

10Mənbələr