AZ

Sumqayıtda tonqal partladı

Sumqayıtda

Benzinlə yandırılan tonqal ani partlayışa səbəb olub, yaralananlar arasında uşaqlar da var.Ulusum.az xəbər verir ki, Sumqayıt şəhərində tonqal yandırılması zamanı partlayış hadisəsi baş verib. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.Məlumata əsasən, hadisə şəhərin 9-cu mikrarayon ərzisundə 7, 8 və 12-ci məhəllələrinin kəsişməsində qeydə alınıb. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.İlkin araşdırma zamanı müəyyən edilib ki, vətəndaşlar tonqalı benzinlə yandırmaq istəyərkən ani partlayış baş verib.Hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.Faktla bağlı araşdırma aparılır.Ulusum.az

Diqqət Çəkənlər

Başqırdıstanda PUA hücumu: Ufa yaxınlığında insident VİDEO

Ufa dron hücumuna məruz qaldı VİDEO

Qəfil ayağa qalxanda başınız niyə gicəllənir? - Təhlükəli səbəblər açıqlandı

Seçilən
162
ulusum.az

1Mənbələr