AZ

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

Texnologiya müəllimi Pərvanə Abbasovanın qətlinin bəzi detalları məlum olub.

Bizim.Media xəbər verir ki, 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın həmkarlarının sözlərinə görə, o, illərdir həyat yoldaşı Vasif Abbasov tərəfindən zorakılığa məruz qalıb:

“İllərdir baş verən təzyiq, təhqir və təhdidlərin bu yerə gələcəyini bildiyi üçün yoldaşı ilə yollarını ayırmağa çalışıb. Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib”.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Vasif Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

Daha ətraflı “Baku Tv”nin videomaterialında:


Bizim.Media

Seçilən
59
11
bizim.media

10Mənbələr