AZ

Tramp ABŞ hava limanlarına polisi göndərəcəyi ilə hədələyib

"Demokratlar Daxili Təhlükəsizlik Nazirliyinin bölmələrinin maliyyələşdirilməsi ilə bağlı razılaşmanı qəbul etməsələr, miqrasiya polisi ABŞ hava limanlarına göndəriləcək".

Moderator.az "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

ABŞ lideri vurğulayıb ki, miqrasiya polisi oraya çatan kimi bütün qeyri-leqal miqrantların saxlanılmasına başlayacaq.

Qeyd edək ki, ABŞ-də 2025-ci il oktyabrın 1-dən noyabrın 12-dək davam edən şatdaundan sonra Daxili Təhlükəsizlik Nazirliyinin işi qismən dayanmışdı.

Jurnalistlər qeyd ediblər ki, bu vəziyyətdən ən çox Nəqliyyat Təhlükəsizliyi İdarəsi zərər görüb. Belə ki, əməkdaşlara uzun müddət maaş ödənilmədiyi üçün onlar işə çıxmayıblar və bu da hava limanlarının fəaliyyətinə mənfi təsir göstərib.

 

(oxu.az)

Seçilən
36
3
moderator.az

4Mənbələr