AZ

Mən cavab verməkdən qorxmuram Kaxaber Tsxadadze

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında 25-ci tur başa çatıb.

Fanat.Az xəbər verir ki, “Turan Tovuz” Sumqayıtda “Qəbələ” ilə qarşılaşıb. Matçı Kamal Umudlu idarə edib. Görüş Tovuz komandasının qələbəsi ilə yekunlaşıb.

Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Kaxaber Tsxadadze jurnalistlərin suallarını cavablandırıb:

"İlk növbədə Azərbaycan xalqını Novruz və Ramazan bayramı münasibətilə təbrik edirəm. Oyuna gəlincə, ən böyük problemimiz axmaq qollar buraxmağımızdır. Bizi oyun, mübarizə baxımından üstələmirlər, sadəcə qapımızda bəsit qollar görürük. Konsentrasiyanı itiririk. Azarkeşləri başa düşürəm, istənilən halda nəticəyə baş məşqçi cavabdehdir. Mən cavab verməkdən qorxmuram. Rəqiblər bizi hansısa komponentdə üstələsə, taktiki və ya fiziki baxımdan, başa düşmək olardı. Amma bunu görmürəm. Birinci dəfə deyil ki, bəzi futbolçular konsentrasiyanı itirirlər. İndi istirahət edib hazırlaşmaq üçün vaxtımız var. Təqvim olaraq çox ağır dönəmdən keçdik. Qarşıdakı 3 oyunda yaxşı nəticələr əldə edib vəziyyəti düzəltməliyik".

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
86
1
fanat.az

2Mənbələr