Ajans.az xəbər verir ki, aparıcı özü bu barədə sosial media hesabında məlumat verib. Samir Bayramlı bildirib ki, artıq bir aydır ki, şəxsi istəyinə və qarşılıqlı razılaşmaya əsasən ARB TV-də yayımlanan və özəl media ilə birlikdə ərsəyə gətirdiyi “FULLSHOW” verilişini dayandırıb, yollarını ayırıb. O, paylaşımında belə yazıb: “1 ilə yaxın bir müddətdə birgə çalışdığım bütün komandaya təşəkkür edir, onlara yeni işlərində uğurlar arzu edirəm. Ümid edirəm ki, növbəti gözəl layihələrdə yenidən görüşəcəyik”./metbuat.az