AZ

Anar Əlizadənin Bodrumdakı lüks yaxtaları yandı

Türkiyənin Muğla vilayətinin Bodrum rayonundakı Yalıkavak marinasında lövbər salan 8 motorlu yaxtada yanğın baş verib.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaxtada naməlum səbəbdən başlayan yanğın yaxınlıqdakı qayıqlara da keçib.

Güclü külək yanğının digər yaxtalara da keçməsinə səbəb olub.

Yanan yaxtaların "Socar Trading"in təsisçisi və keçmiş prezidenti Anar Əlizadəyə məxsus olduğu bildirilir.

Sahil mühafizəsi tərəfindən yanğın söndürülüb. Yanğının söndürülməsinə 8 su tankeri və təxminən 30 yanğınsöndürən cəlb edilib.

Seçilən
59
5
aznews.az

9Mənbələr