ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İrandakı müharibə ABŞ daxilində qisas və asimmetrik təhdidlərlə bağlı narahatlığı artırır.
Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri məlumat verib. Nəşrin sözlərinə görə, müharibə davam etdikcə bu cür təhidlərin miqyası və reallaşma ehtimalı artmaqdadır. Bu isə ABŞ-ın təhlükəsizlik sistemində ciddi gərginliklər yaratmaqda, bu sistemə məsul olan şəxslər arasında mövcud olan narahatlığı artırmaqdadır.
Nəşrin bildirdiyinə görə, İranla müharibənin davam etməsi və digər region dövlətlərinə də sıçraması ABŞ-ın təhlükəsizlik sistemində çatlar yaratmaqda, bir deyil, bir neçə müstəvidə risklər yaratmaqdadır. Bu isə o deməkdir ki, müharibənin davam edəcəyi təqdirdə ABŞ daxilində təhlükəsizliklə bağlı ciddi problemlər ortaya çıxa bilər ki, bu da ölkədəki mövcud gərginliyi daha da artıra, İrandakı müharibənin dayandırılmasının vacibliyi ilə bağlı vətəndaş təzyiqlərini artıra bilər.
Seymur ƏLİYEV
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.