AZ

ABŞ Rusiyanı bütün enerji bazarlarından sıxışdırıb çıxarır - Lavrov

ABŞ Rusiyanı bütün dünya enerji bazarlarından sıxışdırıb çıxarır.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya XİN başçısının sözlərinə görə, ABŞ-nin dünya enerji bazarlarında hökmranlıq doktrinası var:

"Lukoyl" ASC, "Rosneft" şirkəti sanksiyalara məruz qaldı. Bu, Baydenin mirası deyil, artıq ABŞ Prezidenti Donald Tramp administrasiyasının ilk böyük sanksiyalarıdır".

Bundan əlavə, o qeyd edib ki, ABŞ Rusiyanın Avropa enerji bazarlarında marginallaşdırılmasını alqışlayıb və alqışlayır:

"Serbiyada sıxışdırıb çıxarırlar. Artıq amerikalılar öz töhfələrini verirlər. Cozef Bayden başlamışdı, Tramp isə bitirir. Bu bütün dünyada, bütün regionlarda enerji hökmranlığına olan açıq iddiadır".

S.Lavrov qeyd edib ki, bazarlardan sıxışdırılıb çıxarıldıqdan sonra yalnız öz əraziləri qalacaq:

"Amerikalılar yanımıza gəlib deyəcəklər ki, onlar bizimlə əməkdaşlığın tərəfdarıdırlar. Amma əgər biz öz ərazimizdə qarşılıqlı faydalı layihələr həyata keçirməyə və öz maraqlarımızı nəzərə almaqla amerikalılara onları maraqlandıran şeyləri təqdim etməyə hazırıqsa, bu zaman onlar da bizimkiləri nəzərə almalıdırlar. Hələ ki biz bunu görmürük. Rusiyaya sərvətlərindən kənarda da hörmət etməlidirlər".

Seçilən
73
4
missiya.az

10Mənbələr