AZ

Dillər Universitetinin Konfutsi İnstitutunda tarixi ədəbi gecə

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 mart, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunda Ümumdünya Su Gününə həsr olunmuş "Azərbaycanın və Çinin böyük çayları" adlı tarixi-ədəbi gecə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov metallurgiya, kənd təsərrüfatı və sənətkarlıq sahəsindəki nailiyyətləri, eləcə də unikal keramika istehsalı ilə Qafqazda bir çox texnoloji və sosial yeniliklərin təməlini qoyan Kür çayının - Kür-Araz arxeoloji mədəniyyətinin tarixindən, mədəni və iqtisadi əhəmiyyətindən, eləcə də Azərbaycanın əsas su infrastrukturu layihələrinin həyata keçirilməsi və Cənubi Qafqazda su diplomatiyasının mərkəzinə çevrilməsindən danışıb. O, həmçinin İsmayıl Şıxlının "Dəli Kür" romanında və Mixail Lermontovun "Mtsıri" poemasında Kür çayına istinadları qeyd edərək, Novruzun dörd əsas bayramqabağı çərşənbə axşamından birinin - yenilənmə, saflıq və bolluq rəmzi olan Su çərşənbəsinin adət-ənənələrindən də söz açıb.

Tədbirdə çıxış edən Çinşünas tələbələr Çin sivilizasiyasının və mədəniyyətinin yaranmasında Çinin əfsanəvi Yantszı çayının rolunu müzakirə ediblər.

Həmçinin bildirilib ki, Çində insanın ən qədim əcdadlarının yaşayış yeri olan və əsrlər boyu Çinin "yer üzündə cənnət" və "balıq və düyü diyarı" ideyalarını təcəssüm etdirən Yantszı çayının sahilləri “Baihua yazısı” inqilabi ədəbi hərəkatının, bir neçə dini təlimin vətəni olub və Çu mədəniyyətinin əfsanəvi filosofları Çjuantszi və Laotszi bu ərazilərdə çalışıblar.

Tədbirdə Mao Tszedunun və Tan sülaləsinin görkəmli şairlərinin Yantszı çayına həsr olunmuş şeirləri oxunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
115
azertag.az

1Mənbələr