AZ

Rusiya Çerniqovda enerji obyektinə zərbə endirib, bölgə elektriksiz qalıb » AzadMedia.az


Rusiya Ukraynanın Çerniqov vilayətinin Nejin rayonundakı enerji obyektinə hücum edib, nəticədə bölgənin böyük hissəsi elektriksiz qalıb.

Bunu Vilayət Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus bildirib.

Onun sözlərinə görə, artıq qəza-bərpa işlərinə başlanıb.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə Rusiya-Ukrayna müharibəsi başlayıb və hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə, o cümlədən Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsinə nəzarət edir. Bundan əvvəl 2014-cü ildə Rusiya Ukraynanın tərkibində olan Krımı ilhaq edib.
Seçilən
98
9
azadmedia.az

10Mənbələr