İran öz ərazisindən təxminən 4 min kilometr məsafədə yerləşən Hind okeanındakı ABŞ və Britaniyanın birgə bazası olan Dieqo Qarsiyanı raketlərlə hədəfə alıb. Lakin iki ballistik raketdən heç biri hədəfə dəyməyib.
"Wall Street Journal" qəzetinə danışan təhlükəsizlik mənbələri raketlərdən birinin havada öz-özünə düşdüyünü, digərinin isə ABŞ hərbi gəmisindən atılan raketlə zərərsizləşdirilmiş ola biləcəyini deyib.
Hücumun müharibənin hansı mərhələsi baş verməsilə bağlı heç bir məlumat verilmir, ABŞ administrasiyası da iddialara münasibət bildirməkdən imtina edib.
Bu addım İranın orta mənzilli ballistik raketlərdən ilk dəfə operativ istifadə etməsi və Yaxın Şərqdən çox uzaqda ABŞ-ın maraqlarını təhdid etmək istiqamətində əhəmiyyətli bir addım kimi qiymətləndirilir.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran raketlərinin mənzilini 2000 kilometrlə məhdudlaşdırıb. Lakin son hücum Tehranın daha geniş imkanlara malik olduğunu göstərir.
Tahir TAĞIYEV