AZ

Barselona italyan müdafiəçiyə alternativ tapıb

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Barselona" "İnter"in müdafiəçisi Alessandro Bastoni ilə maraqlanır, lakin İtaliya klubu onu 100 milyon avro dəyərində qiymətləndirir ki, bu da Kataloniya klubunu qane etmir. Sport24.az xəbər verir ki, bu barədə "Estadio Deportivo" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Bastoninin transferinin mürəkkəbliyini nəzərə alan "Barselona" alternativ variant kimi "Aston Villa"nın müdafiəçisi Pau Torresi nəzərdən keçirir. Müdafiəçi karyerası ərzində İspaniyada çıxış edib. 

Bir müddət əvvəl mətbuatda katalonların Dortmund "Borussiya"sının müdafiəçisi Niko Şlotterbeki transfer edəcəyi barədə xəbərlər yayılmışdı. 

Qeyd edək ki, Torres bu mövsüm bütün turnirlərdə 26 oyunda meydana çıxıb. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 22 milyon avrodur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
sport24.az

1Mənbələr