AZ

İran İsrail HHQ-nin təyyarəsinə zenit raketi atıb

İran İsrail HHQ-nin təyyarəsinə zenit raketi atıb

İsrail Müdafiə Ordusu (SAXAL) İran səmasında İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarəyə zenit raketinin atıldığını bildirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: "İsrail HHQ-nin İranın hava məkanındakı əməliyyatı zamanı İsrail təyyarəsinə qarşı zenit raketinin atılması qeydə alınıb. Heyət prosedura uyğun hərəkət edib. Təyyarəyə heç bir zərər dəyməyib və missiya plana uyğun olaraq yerinə yetirilib".

Nazirlikdən qeyd olunub ki, hərbi əməliyyat başladığı gündən bəri İranın hava məkanında İsrail qırıcılarını vurmaq üçün çoxsaylı cəhdlər edilib. "İsrail HHQ-nin heyətləri bu təhdidlərin öhdəsindən uğurla gəliblər" - deyə açıqlamada bildirilir.

Seçilən
72
afn.az

1Mənbələr