AZ

Magistral yolda sürət həddini 200-ə çatdıran sürücü saxlanılıb

Magistral yolda sürət həddini kəskin şəkildə artıran sürücü saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

"Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 20-FH-795 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobili yüksək sürətlə idarə edən sürücü, 37 yaşlı Elçin Allahverdiyev saxlanılıb. Avtomobil mühafizə olunan duracağa yerləşdirilib, sürücü barəsində hüquqi məsuliyyət tədbirləri görülür", - deyə məlumatda vurğulanır.

Seçilən
25
6
far.az

8Mənbələr