AZ

Məşhur aktyor VƏFAT ETDİ

Ajans.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat verib. "Qardaşımız və oğlumuz Nikolas Brendonun ölümünü kədərlə elan edirik", - deyə "X"dəki paylaşımda qeyd olunub. Aktyorun ailəsi əlavə edib ki, o, təbii səbəblərdən yuxuda vəfat edib. Brendon ömrünün son illərində fəal şəkildə rəssamlıqla məşğul olub.

Qeyd edək ki, Nikolas Brendon 1971-ci ildə Kaliforniyada anadan olub. 1997-ci ildə məşhur "Buffy the Vampire Slayer" serialında "Ksander Harris" rolunu canlandırıb. Aktyor, həmçinin "Criminal Minds", "Chicken Confidential", "Private Practice" və "Faking It" televiziya seriallarında da rol alıb.

Seçilən
52
7
Ajans.az

8Mənbələr