AZ

ABŞ-nin İran planı sızdı: Məhdud quru əməliyyatı və limanların zəbti

ABŞ rəhbərliyi İrana qarşı genişmiqyaslı müharibə deyil, bir neçə məhdud quru əməliyyatı ssenarisini nəzərdən keçirir. “NBC News” telekanalının iki keçmiş rəsmi şəxsə və müzakirələrin gedişatına bələd olan mənbəyə istinadən yaydığı məlumata görə, Vaşinqton Tehranın əsas gəlir mənbələrini və hərbi rıçaqlarını hədəf alıb.

NOCOMMENT.az xəbər verir ki, müzakirə olunan variantlar arasında Hörmüz boğazından sərbəst keçidi təmin etmək üçün İranın strateji limanlarında və Fars körfəzindəki kiçik adalarda hərbi qüvvələrin yerləşdirilməsi əsas yer tutur. Digər ssenarilər isə İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının müsadirə edilməsi və ölkənin neft obyektlərinin ələ keçirilərək əsas maliyyə mənbəyinin kəsilməsini nəzərdə tutur.

Mənbələr vurğulayır ki, hazırda ciddi qəbul edilən bu planlar İraq və ya Əfqanıstandakı kimi “böyükmiqyaslı qoşun yeridilməsi” xarakteri daşımır. Əsas məqsəd İranın nüvə və iqtisadi potensialına nöqtəvi zərbələr endirməklə Tehrana təzyiqi maksimuma çatdırmaqdır. Pentaqon rəsmiləri bu cür əməliyyatların regional sabitliyə təsirini və hərbi risklərini hələ də qiymətləndirməyə davam edirlər.

Sara,
NOCOMMENT.az

Seçilən
56
10
nocomment.az

10Mənbələr