AZ

“O səsi tanıdım…” Aybeniz Haşımovadan qızına kövrək ad günü təbriki

ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tanınmış sənətçi Aybeniz Haşımova qızı Ayni­şanın ad günü münasibətilə sosial mediada duyğusal paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, sənətçi paylaşımında illər əvvəl ana olduğu günü xatırlayaraq həmin anları "həyatının ən böyük imtahanı və möcüzəsi” kimi təsvir edib.

O, martın 20-dən 21-nə keçən gecə saat 01:30-da dünyaya gələn qızının ilk səsini eşitdiyi anı xüsusi vurğulayaraq, bu hisslərin sözlə ifadə olunmasının çətin olduğunu bildirib.

"Və gecə saat 01:30, 20-dən 21-ə keçən gecə. Bir səs gəldi, bu səsi sanki əvvəl də eşitmişdim. Bir vaxtlar səhnədə çox zil səslə muğam oxuyarkən, yüksək bir notda içimdən qopan bir haray duymuşdum. O səs balamın səsi idi. Tanıdım onu…"

Paylaşımda uzun müddət çəkdiyi əziyyətlərdən, etdiyi dualardan bəhs edən Haşımova, övladının sağlam şəkildə dünyaya gəlməsini Allahın bir lütfü kimi dəyərləndirib. O qeyd edib ki, həmin andan sonra onun üçün yeni bir həyat başlayıb və bütün çətinliklər övladının gəlişi ilə unudulub.

Müğənni hazırda da dualarının mərkəzində qızının olduğunu vurğulayaraq, onun xoşbəxt, mərhəmətli və xeyirli bir insan kimi böyüməsini arzuladığını bildirib. Eyni zamanda, bütün anaların dualarının qəbul olunmasını diləyib.

Sonda isə sənətçi qızı Ayni­şaya sevgi dolu sözlərlə müraciət edərək, onu bu dünyada ən çox sevən insanın özü olduğunu qeyd edib və ad günü münasibətilə xoş arzularını çatdırıb.

Aysel

Посмотреть эту публикацию в Instagram

Публикация от Aybəniz Hashimova (@aybenizhashimova)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
75
azxeber.com

1Mənbələr