AZ

Telefonla çox danışanlara XƏBƏRDARLIQ

Azxeber.com saytına istinadən ain.az xəbər verir.

Telefonda uzun müddət danışmaq sağlamlığa mənfi təsir göstərə bilər. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, həftə ərzində 30 dəqiqədən çox telefonla danışan insanlarda yüksək qan təzyiqi riskinin artdığı müşahidə edilir.

Məlumata görə, mobil telefon istifadəsi zamanı yayılan radiotezlik enerjisi, eləcə də uzunmüddətli danışıq zamanı yaranan stress və passiv həyat tərzi ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Araşdırmada xüsusilə həftədə bir neçə saat telefonla danışan şəxslərdə riskin daha da yüksəldiyi qeyd olunur.

Mütəxəssislər bildirirlər ki, bu nəticələr telefon istifadəsinin birbaşa xəstəlik yaratdığını deməyə əsas vermir. Lakin uzunmüddətli və fasiləsiz danışığın sağlamlıq baxımından müəyyən risklər daşıdığı vurğulanır.

Həkimlər telefonla danışıq zamanı qulaqcıqlardan istifadə etməyi, tez-tez fasilə verməyi və ümumilikdə daha aktiv həyat tərzi sürməyi tövsiyə edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
azxeber.com

1Mənbələr