AZ

Rusiya ordusu Zaporojyeni vurdu: Ölənlər var

BAKI, 21 mart. TELEQRAF

Bu gün səhər saatlarında Zaporojye şəhərinə pilotsuz uçuş aparatı (PUA) ilə endirilən zərbə nəticəsində iki mülki şəxs həlak olub, iki uşaq isə yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya PUA-sı vilayət mərkəzində fərdi yaşayış evini hədəf alaraq onu tamamilə dağıdıb. Hadisə nəticəsində bir kişi və bir qadın həyatını itirib, 2 yeniyetmə isə xəsarət alıb.

Qeyd edək ki, son sutka ərzində Rusiya ordusu tərəfindən Zaporojye vilayətinin 41 yaşayış məntəqəsinə ümumilikdə 941 zərbə endirilib. Bu hücumlar nəticəsində vilayət mərkəzi və Zaporojye rayonunda daha dörd nəfər yaralanıb.

Seçilən
31
teleqraf.com

1Mənbələr