AZ

Hindistanlılar Rusiyaya səfərdən imtina edirlər

Hindistandan olan turistlər Yaxın Şərqdə baş verən gərginlik və Fars körfəzi ölkələri üzərindən tranzit uçuşların mümkünsüzləşməsi səbəbindən Rusiyaya səfərlərdən imtina edirlər. Ölkə.Az xəbər verir ki, bu barədə “Vesti Kavkaza” nəşri yazır.

Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) məlumatına görə, regiondakı vəziyyət və bir sıra hava limanlarının bağlanması Hindistan turistlərinin Rusiyaya planlaşdırdıqları turları ləğv etməsinə səbəb olub.

“İnturist” şirkətində bildirilib ki, böhran başlayan kimi ləğvlər dalğası müşahidə olunub və bu proses hələ də davam edir. “Tari Tur” şirkəti də oxşar vəziyyətlə üzləşib. BƏƏ üzərindən uçmağı planlaşdıran Hindistandan üç turist qrupu mart ayı üçün nəzərdə tutulan səfərlərini ləğv edib”, — deyə ATOR-dan bildirilib.

Adətən Asiyadan olan turistlər Rusiyaya Fars körfəzi üzərindən gedirlər. Lakin hazırkı geosiyasi vəziyyət səbəbindən bu marşrutlar əlçatan deyil.

Eyni problem BƏƏ üzərindən Hindistan, Tayland və Vyetnama səfər edən rusiyalı turistlər üçün də yaranıb.

Seçilən
63
3
olke.az

4Mənbələr