AZ

İran Yaponiya gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verməyə hazırdır -Əraqçi

Tehran Tokio ilə müvafiq məsləhətləşmələrdən sonra Yaponiya ilə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsinə icazə verməyə hazırdır.

Redaktor.az-ın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Kyodo" agentliyinə verdiyi müsahibədə bildirib.

"Biz boğazı bağlamadıq. O, açıqdır", - deyə nazir bildirib.

Agentikdən verilən məlumata əsasən, Əraqçi bildirib ki, Yaponiyaya gedən gəmilərin Hörmüz boğazından keçməsi ilə bağlı Tokio ilə məsləhətləşmələr artıq başlayıb.

Seçilən
93
4
redaktor.az

10Mənbələr