Azyaşlı idmançı qeyri-adi nəticəsi ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, cəmi 9 yaşı olan balaca idmançı 84 kiloqram ağırlıq qaldıraraq hər kəsi heyrətləndirib. Onun bu performansı həm məşq zalında olanları, həm də sosial şəbəkə istifadəçilərini təəccübləndirib.
Yayılan görüntülərdə uşağın texnikalı və inamlı şəkildə ağırlığı qaldırdığı əks olunub. Bu isə onun yaşına baxmayaraq ciddi hazırlıq keçdiyini göstərir.
Sosial mediada paylaşılan video qısa zamanda geniş yayılıb və müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi onun gücünü və istedadını yüksək qiymətləndirərək gələcəkdə böyük uğurlar qazanacağını bildirib. Digər tərəfdən, bəzi istifadəçilər isə bu yaşda belə ağır çəki qaldırmağın sağlamlıq baxımından riskli ola biləcəyini vurğulayıblar.
Hər halda, balaca idmançının bu çıxışı idman ictimaiyyətində maraq doğuraraq gündəmə çevrilib.
Musa
Milli.Az