AZ

Tramp: ABŞ-nin Hörmüz boğazından istifadəyə ehtiyacı yoxdur

BAKI, 21 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trump ölkəsinin Hörmüz boğazından istifadə etməyə ehtiyac duymadığını bildirib.

Teleqraf xəbər verir ki, o qeyd edib ki, boğazın təhlükəsizliyinin təmin edilməsi əsasən enerji resurslarının daşınmasında bu marşrutdan asılı olan ölkələrin üzərinə düşməlidir.

“Biz bu boğazdan istifadə etmirik, ona ehtiyacımız yoxdur. Bu, Avropa, Cənubi Koreya, Yaponiya, Çin və bir çox digər ölkələr üçün vacibdir. Ona görə də onlar bu məsələdə müəyyən məsuliyyət götürməlidirlər”, - deyə Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

ABŞ lideri bu fikirləri Ağ evin Cənub qazonunda, Floridaya yola düşməzdən əvvəl səsləndirib.

Seçilən
92
teleqraf.com

1Mənbələr