AZ

“Yeni Volqa” şoku: Rusiya avtomobili Çin modelinin surəti çıxdı

Rusiyada təqdim olunan “yeni Volqa” avtomobili ciddi müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, modelin texniki göstəriciləri və ölçüləri demək olar ki, tam şəkildə Çin istehsalı olan Geely Monjaro ilə üst-üstə düşür. 

7f84a43d-536f-4027-8003-fb902524d13c.jpg

Məlumata görə, avtomobilin dizaynı, platforması və ümumi xüsusiyyətləri məşhur Çin krossoverini xatırladır. Bu isə “yeni Volqa”nın müstəqil layihə olub-olmaması ilə bağlı suallar yaradıb. 

cbb56035-795e-453d-b4d3-9c8340d8c89e.jpg

Şirkətin rəhbəri Tatyana Fadeyeva isə iddiaları təkzib edib. Onun sözlərinə görə, Volqa şirkəti Geely ilə “nə birbaşa, nə də dolayı” əməkdaşlıq etmir.

Bununla belə, ekspertlər bildirir ki, bu qədər yüksək oxşarlıq təsadüfi görünmür və modelin Çin platforması əsasında hazırlandığı ehtimalı güclüdür.

 

Musavat.com

Seçilən
92
3
musavat.com

10Mənbələr