AZ

Turistlər Novruz bayramını keçirmək üçün Bakını seçdilər VİDEO

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dənizkənarı bulvarda Novruz bayramına həsr olunmuş Qazaxıstanın ənənəvi tədbiri keçirilib. Əraziyə çoxsaylı ziyarətçi axını müşahidə olunub. Xüsusilə qurulan "Qazax yurtası" iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Ziyarətçilər burada şəkillər çəkdirir, milli adət-ənənələrlə yaxından tanış olurlar. Tədbir çərçivəsində milli oyunlar, konsert proqramları və ənənəvi təamların təqdimatı təşkil edilir.

Qeyd edək ki, bayram proqramı martın 20-dən 22-dək davam edəcək.

Turistlər Novruz bayramını keçirmək üçün Bakını seçdilər - VİDEO

Tədbiri Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel açıb. Açılış mərasimindən sonra proqram müxtəlif milli rəqslər, musiqiçilərin çıxışları və təqdimatlarla davam edib.

Turistlər bayram ab-havası ilə bağlı təəssüratlarını Baku TV ilə bölüşüblər.

"Novruz bayramı münasibətilə bura gəlmişəm. Bakını çox sevirəm. Daha əvvəl də burada olmuşam. Sizin yeməklərinizi də çox bəyənirəm", - deyə onlardan biri bildirib.

Nümayiş olunan milli rəqslər, musiqi nömrələri, təqdim edilən ənənəvi təamlar və qurulan "Qazax yurtası" qonaqlara Qazaxıstan mədəniyyətini canlı şəkildə hiss etməyə imkan yaradıb. Ümumilikdə bu cür tədbirlər ölkələr arasında mədəni əlaqələrin güclənməsinə və xalqların bir-birini daha yaxından tanımasına töhfə verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
126
50
oxu.az

10Mənbələr