AZ

“Sabah”ın futbolçusu: “Hər oyuna qalib gəlmək üçün çıxırıq” MÜSAHİBƏ

ain.az bildirir, Idman.biz portalına istinadən.

“Şablon səslənə bilər. Mənim üçün əsas komandanın uğur qazanması və sonda çempion olmağımızdır”.

Bunu “Sabah”ın futbolçusu Coy-Lens Mikels sport1.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

-Azərbaycan Kubokunda artıq yarımfinal mərhələsindəsiniz. “Sabah” bu mövsüm iki cəbhədə uğur qazanmağa hazırdır?

-Bəli, düşünürəm ki, hazırıq. Güclü və rəqabətə davamlı heyətimiz var. Məşqçilərimiz bizi hər oyuna çox yaxşı hazırlayır. İki cəbhədə mübarizə aparmaq həmişə çətindir. Amma bu, həm də motivasiya da verir. Həm çempionatda, həm də kubokda ən yaxşısını etməyə çalışırıq.

- 22 turdur ki, məğlub olmursunuz. Sabitliyin və uğurlu seriyanın əsas sirri nədir?

- Komanda daxilindəki birlik çox vacibdir. Hamı həm məşqlərdə, həm də oyunlarda bir-biri üçün çalışır. Taktiki və mental olaraq güclüyük. Çətin anlarda belə diqqətimizi itirmirik və öz oyunumuza inanırıq.

- 14 qolla bombardirlər siyahısına başçılıq edirsiniz. Mövsümün sonu ən yaxşı ola biləcəksiniz?

- Şablon səslənə bilər. Mənim üçün əsas komandanın uğur qazanması və sonda çempion olmağımızdır. Təbii ki, bombardir olmaq haqda da düşünürəm. Bunu da bacarsam, çox xoşbəxt olaram.

- Bu tur “Sumqayıt”la qarşılaşacaqsınız. Rəqib hazırda çətin durumdadır. Bu qarşılaşmada qələbə qazana biləcəksiniz?

- Hər oyuna qalib gəlmək üçün çıxırıq. “Sumqayıt”la matça da ciddi yanaşmalıyıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, qalib gələk.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
icma.az

2Mənbələr