Federiko Valverde "Real"da ötən ayın ən yaxşı oyunçusu seçilib.
Musavat.com Trend-ə istinadən bildirir ki, uruqvaylı yarımmüdafiəçi fevral ayının yekunlarına əsasən bu mükafatı qazanaraq Vinisius Junior, Tibo Kurtua, Aurelien Tçuameni və Eduardo Kamavinqanı qabaqlayıb.
Vallverde ötən ay Madrid klubunun heyətində 6 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.