AZ

İranda rejim dəyişikliyi hərbi əməliyyatın əsas məqsədi deyil Tramp

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

İranın ABŞ və İsrail tərəfindən həyata keçirilən hərbi əməliyyatdan sonra özünə gəlməsi üçün 10 il lazım olacaq.

"Unikal" xəbər verir ki, belə bir bəyanatla ABŞ Prezidenti Donald Tramp çıxış edib. O, "rejim dəyişikliyinin hərbi əməliyyatın əsas məqsədi olmadığını" vurğulayıb.

"Düşünürəm ki, mən indi gedə bilərəm və İranın yenidən qurulması üçün 10 il lazım olacaq. Amma düşünmürəm ki, bu, məqbul bir vəziyyətdir. Daha uzun müddət qalsaq, onlar heç vaxt yenidən qurulmayacaqlar", - deyə Tramp bildirib.

O, ABŞ-nin İran hökumətinə nəzarət etmək niyyətinin əsas məsələ olmadığını deyib.

"Əsas məsələ onların nüvə silahlarının olmamasıdır", - deyə Tramp bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
2
unikal.az

10Mənbələr