AZ

Ən xoşbəxt ölkələr: Türkiyə axırıncı yerlərə düşüb

Digər skandinav ölkələri də geri qalmırlar – İslandiya və Danimarka ikinci və üçüncü yerləri tutur, İsveç və Norveç isə 5-ci və 6-cı mövqeləri bölüşürlər.


Ekspertlərin fikrincə, bu nəticənin alınmasında skandinav mentaliteti və sosial dövlət modeli əsas rolu oynayır.

“Ipsos” şirkətininsorğusuna görə isə birinci yeri İndoneziya tutur. Burada yaşayanların 86 faizi özünü xoşbəxt hesab edir. Sonrakı yerlərdə Niderland və Meksika gəlirlər. Ən aşağı göstərici Macarıstan (54%), Güney Koreya (57%) və Türkiyədədir (59%).

Türkiyə həmçinin 2011-ci ildən bəri xoşbəxtlik indeksinin ən çox düşdüyü ölkədir (30 bənd).

Bəs insanların özünü xoşbəxt hiss etməsinə hansı amil təsir göstərir? “Ipsos” şirkətinin sorğusuna görə birinci yerdə özünü dəyərli hiss etmək və sevgi gəlir. Sonrakı yerdə ailə və uşaqlar. Mental və fiziki sağlamlıq, maddi vəziyyət və mənzil şəraiti sonrakı yerlərdə gəlirlər.

Tariyel Həsənov
AzVision.az
Seçilən
105
1
azvision.az

2Mənbələr