Misli Premyer Liqasında 25-ci tur davam edir.
Sportal.az xəbər verir ki, üçüncü oyun günündə də iki matç keçirilib.
"Qarabağ" Yevlaxda "Kəpəz"in qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
"Neftçi" isə "İmişli"ni qəbul edib. Burada paytaxt təmsilçisi qalib gəlib.
Tura sabah yekun vurulacaq.
20 mart
15:00. "Kəpəz" – "Qarabağ" 1:0
Qol: Fərid Nəbiyev, 45
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Yevlax şəhər stadionu
19:15. "Neftçi" – "İmişli" 6:0
Qollar: Breno Almeyda, 12, İmad Faraj, 15, 50, Emil Səfərov, 19, 60, Emin Mahmudov, 54
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abasov.
"Palms Sports Arena"
saytlarin hazirlanmasi