AZ

"ABŞ minlərlə hərbçini Yaxın Şərqə göndərir, regionda gərginlik yüksəlir" - "Newsmax"

"Avropa və Yaponiya Hörmüz boğazında təhlükəsizliyi tələb edir..."

ABŞ İranla gərginliyin artdığı bir vaxtda regiona minlərlə dəniz piyadası və bir neçə desant gəmisi göndərir.

Moderator.az xəbər verir ki, bu barədə "Newsmax" nəşri məlumat yayıb.

ABŞ Yaxın Şərqdə qüvvələrini sürətləndirir

Nəşr yazır ki, "USS Boxer" və 11-ci ekspedisiya briqadası planlaşdırılandan əvvəl çıxış edib; qrupa həmçinin "USS Portland" və "USS Comstock" daxil olur. Gəmilərdə təxminən 2500 dəniz piyadası, F-35 və "AV-8 Harrier" tipli təyyarələr, "Osprey" konvertoplanları və müxtəlif helikopterlər yerləşdirilib. Bu qüvvələr həm əməliyyatlar apara, həm də hava dəstəyi təmin edə bilir. Ümumilikdə regionda altı desant gəmisi ilə 5 minə qədər dəniz piyadası olmaqla 8 min hərbçi yerləşdirilə bilər.

Hörmüz boğazında beynəlxalq tələblər və ABŞ əməliyyatları

Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Niderland və Yaponiya İrandan Hörmüz boğazında maneələri aradan qaldırmağı və dəniz nəqliyyatının təhlükəsizliyini təmin etməyi tələb edib. Birgə bəyanatda vurğulanır ki, boğaz beynəlxalq hüquqla qorunan əsas nəqliyyat arteriyasıdır və İran bunu pozmamalıdır.

Eyni zamanda ABŞ artıq əməliyyatlara başlayıb: "A-10 Warthog" hücum təyyarələri və "Apache: helikopterləri İran hərbi gəmilərinə və pilotsuz uçuş aparatlarına qarşı fəaliyyət göstərir, məqsəd isə Amerikanın gəmilərinin təhlükəsiz keçidini təmin etməkdir. Ekspertlər bildirir ki, bu əməliyyat bir neçə həftə çəkə bilər, çünki boğazın eni ən dar hissədə yalnız 38 km-dir.

Strateji ada planları və qlobal təsirlər

ABŞ həmçinin İranın strateji Xark adası adasını ələ keçirmək və ya blokadaya alma variantlarını nəzərdən keçirir. Bu addım Tehrana təzyiq vasitəsi kimi istifadə oluna bilər, lakin adanın tutulması İrana təzyiq göstərməyə zəmanət vermir və hərbçilər üçün riskləri də artırır.

ABŞ tərəfindən adaya qarşı xəbərdaredici hava zərbələri endirilib və 2500 dəniz piyadasından ibarət qoşun qrupu yaxın günlərdə regiona çatacaq. ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır, Avropa və Yaponiya isə dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün diplomatik addımlar atır. Bu proses həm regionda, həm də qlobal enerji bazarlarında uzunmüddətli təsirlər yarada bilər.

Seçilən
71
1
moderator.az

2Mənbələr