AZ

Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?

style='margin-bottom:10px;'>

Azərbaycanın futbol milli komandasının “FİFA Series – 2026” turniri üçün bu gün heyəti açıqlanıb. Heyətdə Almaniyanın 2-ci bundesliqa təmsilçisi “Kayzerslautern”də oynayan Mahir Emrelinin yer almaması diqqət çəkib.

QOL.az saytı bunun səbəblərini öyrənə bilib. Bizə daxil olan xəbərə görə, bugünlərdə alman klubunun idman direktoru millinin baş məşqçisi Ayxan Abbasova zəng edərək M.Emrelinin mart toplanışına dəvət olunmamasını xahiş edib.

Buna səbəb kimi “Kayzerslautern”in daxili liqada vacib oyunları göstərlib. A.Abbasov xahiş geri çevirməyərək M.Emrelini bu dəfə milliyə çağırmayıb.

Seçilən
51
1
teleqraf.com

2Mənbələr