AZ

AA seriyalı avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu FOTO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Bakıda nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması narazılığa səbəb olub.

Avtosfer.az xəbər verir ki, şəhərin müxtəlif istiqamətlərində 10-AA-904 dövlət nömrə nişanlı "Audi" markalı nəqliyyat vasitəsi avtobus zolağına daxil olub, həmçinin qoşa xəttin tələbini pozub.

Belə ki, sözügedən nəqliyyat vasitəsi şəhərin Koroğlu Rəhimov küçəsində qoşa xəttin tələbinə riayət etməyərək əks yola çıxıb, habelə Şəmsi Bədəlbəyli küçəsində avtobus zolağında hərəkət edərək yol hərəkəti qaydalarını pozub.

Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.

Mənbə: Oxu.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
3
avtosfer.az

4Mənbələr