AZ

Çak Norris vəfat edib

Havay ştatının Kauai adasındakı xəstəxanaya yerləşdirilən amerikalı kinoaktyor Çak Norris vəfat edib.

Ölkə.Az "Report"a istinadla xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Çak Norris martın 10-da 86 yaşını qeyd edib.

Aktyor "Sərt Uoker, Texas ədaləti" serialındakı baş rolu ilə tanınır. O, çoxsaylı film və televiziya mükafatları qazanıb.

1989-cu ildə aktyor Hollivud Şöhrət Xiyabanında ulduz alıb və 1999-cu ildə adı Kaliforniyanın Berbank şəhərindəki Döyüş Sənətləri Muzeyinin Şöhrət Zalına daxil edilib.

Seçilən
10
11
olke.az

10Mənbələr