Polis əməkdaşlarının gücləndirilmiş iş rejimi bayramın təhlükəsizliyinə xidmət edir.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, şəxsi heyəti bayram günlərininin əmin-amanlıq şəraitində keçməsi üçün gücləndirilmiş iş rejimində xidmətə cəlb olunub.
İctimai asayişin və təhlükəsizliyin təmin olunması məqsədilə bütün zəruri tədbirlər həyata keçirilir. Xüsusilə insanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb, əlavə postlar və patrul xidmətləri təşkil olunub.