AZ

“Məncə, penalti idi, Rauf Cabarov da sağ olsun” – Qurban Qurbanov

Azərbaycan Premyer Liqasının XXV turunun “Kəpəz” – “Qarabağ” oyunundan (1:0) sonra qonaqların baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb

Msport.az xəbər verir ki, o, əvvəlcə matçı dəyərləndirib:

– “Kəpəz” çox yaxşı qalibiyyət əldə etdi. Meydanda yaxşı atmosfer var idi. Futboldur, belə nəticələr olur. Məğlub olduq, deyiləcək çox söz yoxdur.

– Məğlubiyyətə səbəb nə oldu?
– Pis hazırlaşmamışdıq. Futbolçular da istəkli idi. Xeyli sayda epizodlarımız oldu. Rəqibin bir epizou qolla nəticələndi. Günümüz deyildi.

– Quba stadionundan sonra ən çox narazılıq yaradan arena Yevlax stadionudur. Meydança amili nə dərəcə təsir etdi?
– İndi meydançanı səbəb gətirmək düzgün deyil. Ümumi götürəndə süni örtüklüdür. Amma pis deyildi.

– Bu mövsüm ikinci dəfə “Kəpəz”ə uduzdunuz. Rəqib sizə qarşı xüsusi motivasiya ilə çıxır?
– Ola bilər, birinci oyunda komandada yorğunluq var idi. İstədiyimiz oyunu göstərə bilməmişdik. Bu gün çox yaxşı hazırlaşmışdıq. İki tərəf də istəkli idi. Epizodlarımızdan istifadə edə bilmədik.

– Təyin olunmayan penalti ilə bağlı fikirləriniz?
– Narazılıq edəndə çox böyüyür. Meydandakı hakim görmədi, VAR 3-4 dəfə baxdı, görmədi…

– Siz baxdınız?
– Məncə, penalti idi. Kamilodan da soruşdum ki, ayağına dəyişmişdi, dedi, hə. Penalti yoxdursa, görək nə deyəcəklər. Rauf Cabarov da sağ olsun.

– Hakimlər Komitəsinin sədri qərarları təsdiqləyir…
– Təsdiqləyər də… Nəsə demək olmaz.

– Qarşıda 9 oyun var. Çempionluq şanslarınızı necə dəyərləndirirsiniz?
– Mübarizəmizi davam etdirəcəyik. Hər oyuna qələbə üçün çıxırıq. Azarkeşlərimizə hər matçda qalibiyyət vermək istəyirik. Azarkeşlərimiz qələbə, bol qollu oyun üçün gəlirlər. Hər oyuna belə çıxacağıq. Çempionluq titulu elədir ki, bəzən sənin qazanmağından sonra rəqibin xal itirməyi həlledici olur. “Sabah”ın bundan sonra bu qədər xal itirməsi çətin görünür. Yaxşı formadadırlar. Sona kimi mübarizə aparacağıq.

– Şahruddin milliyə dəvət alıb. Onun oyun forması necədir? 
– Texniki məşqlər edir. Tam hazır deyil. Amma oyun məşqlərində iştirak etmir. Qarşıdakı fasilədə komandaya qoşulmalıdır.

– Gənclərə nə üçün şans vermirsiniz?
– İndi elə perioddayıq ki, komandanın formasını qaytarmalıyıq. Ona görə bütün oyunçuların idman formasını yaxşılaşdırmaq istəyirik. Qarşıdakı matçlarda gənclərə də şans ola bilər. (futbolpress.az)

Seçilən
44
1
msport.az

2Mənbələr