AZ

Dünyanın ən güclü tennisçilərindən birinin heyvan sevgisi azarkeşləri təsirləndirdi VİDEO

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Qazaxıstanlı tennisçi, dünya reytinqində ikinci pillədə qərarlaşan Yelena Rıbakina hazırda Mayamidə keçiriləcək “WTA 1000” turnirinə hazırlaşır.

İdman.Biz xəbər verir ki, məşqlərlə yanaşı, o, kortdan kənarda da vaxtını xoş keçirir və sosial şəbəkələrdə yayılan videoda qucağında balaca iti sığallayarkən görüntülənib.

Bu görüntülər azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb, çünki Rıbakina heyvanlara, xüsusilə itlərə sevgisi ilə tanınır və sığınacaqlara dəstək verir.

Qeyd edək ki, tennisçi Mayami turnirində mübarizəyə ikinci mərhələdən başlayacaq və Yulia Putintseva ilə Janise Tjen cütünün qalibi ilə üz-üzə gələcək.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
icma.az

2Mənbələr