AZ

Bakı küçələrində Novruz əhvalı FOTOREPORTAJ

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün - martın 20-si Azərbaycanda Novruz bayramı qeyd edilir.

Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, bu münasibətlə Bakıda rəngarəng guşələr yaradılıb, bayram əhvali-ruhiyyəli tədbirlər təşkil olunub.

Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlanğıcını, gecə ilə gündüzün bərabərləşdiyi günü qeyd etməklə baharın gəlişini müjdələyir. 2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycanda Novruz böyük coşqu ilə qeyd olunur.

Küçələr bayram atributları ilə bəzədilir, tonqallar qalanır, insanlar qədim ənənələri yaşadırlar. Bayramın sevilən obrazları olan "Kosa" və "Keçəl" şənliklərə xüsusi rəng qatır, paytaxt küçələri isə bayram ab-havası ilə canlanaraq baharın gəlişini hər addımda hiss etdirir.

Daha çox foto burada: PhotoStock.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
88
50
oxu.az

10Mənbələr